Meksika Trampın açıqlamasına reaksiya verdi
ABŞ prezidenti son həftələrdə bir neçə Tvitdə Meksikanı dünyanın ən təhlükəli ölkəsi adlandırıb. Bu məsələ Meksika xalqı və rəsmilərinin etirazın səbəb olub.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Meksika Xarici İşlər Nazirliyi cümə axşamı günü bir bəyanatda ABŞ prezidentinin Meksika əleyhinə düşmən xarakterli açıqlamasını qınayıb və bildirib: Meksika daxili məsələlərdə və qaçaqçılar və cinayətkarlarla mübarizədə problemlə üzləşərsə də, bu ölkənin dünyanın ən təhlükəli ölkə olmasını demək, yanlışdır.
Meksika Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, ABŞ-ın əksinə olaraq Meksika -ABŞ sərhədində divarın çəkilməsinin vəsaitini təmin etmək niyyətində deyil.
ABŞ prezidenti cümə axşamı günü bir tvitdə bildirib ki, sərhəd divarının çəkilməsi xərcini Meksikadan alacaq.