Yan 25, 2018 10:58 Asia/Baku
  • Surixdə Trampa qarşı aksiyalar davam edir
    Surixdə Trampa qarşı aksiyalar davam edir

İsveçrənin paytaxtında ABŞ prezidentinin səfəri eləcə də, kapitalizm sistemi və Davusda keçirilən ümumdünya iqtisadiyyat forumuna qarşı etiraz aksiyaları keçirilib.

AP-nin verdiyi məlumata görə, dünən gecə İsveçrənin ən iri şəhəri olan Surixdə ABŞ prezidentinin bu ölkəyə səfərinə və  Davusda keçirilən ümumdünya iqtisadiyyat forumuna qarşı etiraz aksiyası keçirilib. 

Aksiyaçıların daşıdıqları plakatlar üzərində bu kimi şüarlar yazılmışdır: " Ümumdünya iqtisadiyyat forumunu ovun! " , Nə 20-lər qrupu nə də ümumdünya iqtisadiyyat forumu" , " Ayağa qalxın və kapitalizm ilə döyüşün", " Burada Tramp qarşılanmayacaq" , " Tramp ümumdünya iqtisadi forumunda! kədərləndirici! " . 

Aksiyaçılar məşəllər və fişfışalar da yandırıblar və bəzən partlama səsləri də eşidirilmiş. 

İsveçrənin xüsusi təyinatlı polis qüvvələri su şırnaqları əllərində hazır vəziyyətdə sıraya düzülübmişlər amma aksiya dinc şəkildə sona çatıb və heç bir qarşıdurma baş verməyib. 

İsveçrənin gənc sosialistlər qrupunun üzvü və aksiya təşkilatçılarından biri olan Tamara Funisielo deyib: Biz Trampa eləcə də ümumdünya iqtisadi foruma qarşı etiraz aksiyası keçiririk, biz belə qənaətdəyik ki, ümumdünya iqtisadi forum qeyri-demokratik və qeyri-şəffaf qurumdur və belə olmamalıdır. Dünya sakinlərinin 99 faizi də öz taleyi üçün qərar qəbul etmək fürsəti və imkanına malik olmalıdır, halbuki bu gün bu imkansızdır. 

İngilis və Alman dillərində plakatda belə yazılıb: " Burada Tramp qarşılanmayacaq. Biz irqi və cinsi istismara, insanların əməyindən faydalanmağın əleyhinəyik. "  

Funisielo deyib: Davusda təhlükəsizlik məsələləri bəhanə edilərək bizə aksiya icazəsinin verilməməsi məncə böyük rüsvayçılıq oldu. Mənə elə gəlir ki, bunun özü bizim demokratik hüquqlarımızın tapdalanmasını göstərir və məncə vaxtında bu mövzu müzakirə edilməlidir. 

Teqlər