Yan 25, 2018 13:15 Asia/Baku
  • Tramp-Ərdoğan telefon danışıqları barədə fərqli açıqlamalar
    Tramp-Ərdoğan telefon danışıqları barədə fərqli açıqlamalar

Ağ ev ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla telefon söhbətləri barədə bəyanat yayıb ancaq Türkiyədə naməlum bir mənbə bu bəyanatın dəqiq olmadığı bildirilib.

Ağ evin bəyanatında deyilir: Prezident Tramp Türkiyə prezidenti ilə telefon danışığı aparıb. Tramp bu danışıqlarda bildirib ki, Afrində güclən istifadə bizim Suriyadakı müştərək məqsədlərimizi təhlükəyə sala bilər. Tramp Türkiyəni çaxnaşmanı azaltmağa və mülkinin tələfatı və didərginlərin sayının artmasının qarşısını almaq üçün öz hərbi əməliyyatlarını məhdudlaşdırmağa çağırıb. Tramp Türkiyəni ehtiyatlı olmağı və Amerika ilə Türkiyə qüvvələri arasında toqquşmalara gətirib çıxara biləcək hərhansı hərəkətdən çəkinməyə çağırıb Tramp həmçinin Türkiyədən eşidilən reallığı əks etdirməyən təxribatçı sözlərdən nigaran qaldığını bildirib. 

Türkiyədə bir mənbə bildirib ki, Ağ ev Trampla Ərdoğan arasındakı telefon danışıqlarının dəqiq məzmununu əks etdirməyib. Tramp bu danışıqlarda Türkiyənin Afrindəki hərbi əməliyyatlarının şiddətlənməsindən əsla nigaran qaldığını bildirməyib. Tərəflərin Afrində zeytun budağı adlı hərbi əməliyyat barədə sözləri bu əməliyyat barədə fikir mübadiləsinə məhdudlaşıb və başqa mövzu danışılmayıb.  

 

 

Teqlər