Yan 28, 2018 11:30 Asia/Baku
  • ABŞ Respublikaçılar partiyasının milli komitəsinin maliyyə müdiri məcburi istefaya getdi
    ABŞ Respublikaçılar partiyasının milli komitəsinin maliyyə müdiri məcburi istefaya getdi

ABŞ Respublikaçılar partiyasının milli komitəsinin maliyyə müdiri Stiv Uinn şənbə günü onun tabeliyində olan qadın işçilərlə cinsi sui-istifadə etməsinə dair məlumatlar yayılmasından sonra istefa verməyə məcbur olub.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, ABŞ Respublikaçılar partiyasının milli komitəsinin rəhbəri Ronna Romni Mak-Daniel şənbə günü bir bəyanatda Stiv Uinnin istefası ilə razılaşdığını bildirib. 

Son həftələrdə, ABŞ-ın bir çox siyasətçisi, məşhur aktyoru, televiziya aparıcısı və ordu rəsmisi korrupsiya və əxlaqsızlıqda ittiham olunub. 

ABŞ-da əxlaqsızlıq hətta Donald Trampa da çatmışdır. ABŞ prezidenti 2005-ci ildə cinsi sui-istifadədə suçlanır. 

News-Week həftəliyi son vaxtlar ABŞ-ın bəzi rəsmilərinin korrupsiya və əxlaqsızlıq işlərinə toxunaraq, Tramp hökumətini bu ölkə tarixinin ən korrupsioner hökuməti adlandırıb. 

Teqlər