Nobel mükafatı laureatı: Tramp gündə beş dəfə yalan danışır
-
Nobel mükafatı laureatı: Tramp gündə beş dəfə yalan danışır
Nobel mükafatının amerikalı laureatı deyib: ABŞ-ın hazırkı prezidenti prezidentliyinin birinci ilində orta hesabla gündəlik beş dəfə yalan danışıb. Bu isə praktiki olaraq ABŞ-da prezidentlik mövqeyinə zərbə vurur.
2001-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatının laureatı amerikalı iqtisadçı Cozef Eugen Stiqlits İsverənin Davos şəhərində Dünya İqtisad Forumunda CCTV televiziyasına verdiyi müsahibədə deyib: ABŞ iqtisadiyyatı Trampın dediyi kimi deyil, Trampın söylədiyi bəzi rəqəmlərin etibarı yoxdur.
Stiqlits əlavə edib: Trampın dövründə iş yerlərinin yaradılması həcmi Obama hökumətinin sonlarından 25% aşağıdır.
Amerikalı iqtisadçı Trampın Apple şirkətinin təklikdə 300 milyard dollardan çox ABŞ iqtisadiyyatına investisiya qoymasına dair açıqlamasına toxunaraq deyib: Bu rəqəm ABŞ-ın xammal istehsalının iki faizidir. Apple şirkətinin fövqəladə olmasına baxmayaraq, ABŞ-da gələn iki il ərzində bu həddə investisiya yatırması isə qeyri-mümkün görünür.
Stiqlits xatırladıb: Belə söz Trampizm məktəbində saxta, şişirdilmiş sözlər və yalanların bir hissəsidir. Onları eşitmək baş gicəlləndirir.
Nobel sülh mükafatının laureatı bildirib: Amerikalıların əksəriyyəti Trampın sözlərinə inanmırlar və onu ciddiyə almırlar. Çünki onun heç bir etibarının olmadığı qənaətindədirlər.