Yan 28, 2018 17:54 Asia/Baku
  • ABŞ paytaxtında Tramp əleyhinə aksiya
    ABŞ paytaxtında Tramp əleyhinə aksiya

Yüzlərlə ABŞ vətəndaşı bu ölkə prezidentinin irqçilik siyasətləri və müsəlmanlar əleyhinə hərəkətlərinə etiraz əlaməti olaraq Vaşinqtonda aksiya keçirib.

İRİB-in məlumatına görə, yüzlərlə ABŞ vətəndaşı prezident Donald Trmapın irqçilik siyasətləri və müsəlmanlar əleyhinə hərəkətləri etiraz olaraq Vaşinqton DC-də aksiya keçirib. 

Bu aksiya ABŞ İslam Əlaqələri Şurasının dəvəti əsasında Donald Trampın bir neçə müsəlman ölkənin vətəndaşlarının Birləşmiş Ştatlarına səfər qadağası fərmanının icrasın etiraz əlaməti olaraq keçirilib. 

Etirazçılar əllərində Tramp əleyhinə plakatlar tutaraq "müsəlmanların qadağasına yox", "müsəlmanlara etiket vurmaqdan əl çəkin", "miqrantları qəbul edirik", "Tramp yalançıdır", "İslamofobiyaya yox" şüarları səsləndiriblər. 

Aksiyanın davamında siyasi və insan haqları fəalları müsəlmanlara dəstək olaraq Ağ Ev qarşısında camaat namazı qılıblar. 

Aksiyaçılar namazdan sonra Ağ Ev qarşısından Trampa məxsus İnternational oteli qarşısına qədər yürüş keçirərək "Utan, Utan" şüarları səsləndiriblər. 

Teqlər