Əfqanlar məcburi savaşın odunu olublar
https://azeri.sahartv.ir/news/dünya-i293947-Əfqanlar_məcburi_savaşın_odunu_olublar
Əfqanıstan milli təhlükəsizlik idarəsinin rəisi deyib ki, Əfqanıstan xalqı bu ölkəyə qəbul etdirilmiş savaşın odunu olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2018 09:23 Asia/Baku
  • Əfqanlar məcburi savaşın odunu olublar
    Əfqanlar məcburi savaşın odunu olublar

Əfqanıstan milli təhlükəsizlik idarəsinin rəisi deyib ki, Əfqanıstan xalqı bu ölkəyə qəbul etdirilmiş savaşın odunu olubdur.

Məsum Stanekzay Əfqanıstanın müdafiə və daxili işlər nazirlərilə birgə mətbuat konfransında deyib: Əfqanıstandakı hazırkı savaş vətəndaş müharibəsi deyil, bu savaş bu ölkə xalqına qəbul etdirilibdir.

Əfqanıstan milli təhlükəsizlik idarəsinin rəisi söyləyib: Terror qruplarının Pakistandakı sığınacaqları məhv edilməyincəyədək Əfqanıstanda sülh və təhlükəsizlik bərqərar olmayacaqdır.

Əfqanıstanın daxili işlər naziri Vis Əhməd Bərmək də bu mətbuat konfransında deyib: Əfqanıstan regional və beynəlxalq bir terrorizm qarşısında durur.

ABŞ hərbçilərinin Əfqanıstandakı iştirakı ilə təhlükə kölgəsi əfqan xalqının üzərindən çəkilməməkdə davam edir.