Fev 22, 2018 17:31 Asia/Baku
  • Nigeriyada onlarla məktəbli terrorçulardan xilas edilib

Nigeriya dövlət rəhbərləri bu ölkə ordusunun onlarla məktəblini Bokoharam trror qrupunun əsirliyindən azad etdiyini bildirib.

Röytersin verdiyi məlumata görə, Nigeriya dövlət rəsmiləri bildiriblər ki, bu ölkə ordusu Bokoharam terrorçularının bir kəndə hücumundan sonra 76 məktəbli qızı onların əsirliyindən xilas edib və iki məktəblinin də cəsədini aşkar edib. 

Məlumatda əməliyyatın təfərrüatı açıqlanmayıb. 

Boko-Haram terror qruplaşması 2009-cu ildə Nigeriyanın şimalında yerləşmək məqsədilə hücumlarına başladı. 2015-ci ildə bu hücumları Niger, Çad və Kamerunun şimalına da genişləndirdi. 

Boko-Haramın 2009-cu ildən bəri hücumları nəticəsində həlak olanların sayı 20 min nəfəri keçib. 

Boko-Haram terror qruplaşmasının fəaliyyət göstərdiyi ölkələrin bu qrupla mübarizədəki acizliyi terrorizmlə savaşın yorucu olmasına gətirib çıxarmışdır. 

Teqlər