Tramp Avropanı hədələdi
Mart 04, 2018 09:43 Asia/Baku
-
Tramp Avropanı hədələdi
ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini Amerikaya idxal edilən Avropa istehsalı olan avtomobillər üçün gömrük rüsumlarını artıracağı ilə təhdid edib.
Donald Tramp şənbə günü Tvitterdə paylaşdığı yazıda Avropanı təhdid edib və Avropa Birliyinin onun polad və alüminium üçün gömrük taariflərinin artırılmasına dair qərarına qarşı çıxacağı təqdirdə, Avropa istehsalı olan avtomobillər üçün də əlavə gömrük rüsumları təyin edəcəyini bildirib.
Avropa Birliyi Trampın öz qərarını icra edəcəyi təqdirdə, qarşılıqlı olaraq ABŞ istehsalı olan məhsullar üçün gömrük taariflərini artıracağını bildirib.
Tramp ABŞ-ın öncəki hökumətləri tərəfindən imzalanmış ticarət müqavilələri və beynəlxalq müqavilələri "çox axmaqcasına" hesab edir.