Tramp Netanyahu ilə görüşdə sionist İsraili dəstəklədi
-
Tramp Netanyahu ilə görüşdə sionist İsraili dəstəklədi
ABŞ prezidenti sionist rejimin baş naziri ilə görüşdə işğal olunmuş bölgələrdə bu rejimin mövqeyini dəstəkləyərək deyib: ABŞ-ın Qüdsdəki səfirliyinin açılış tədbirində şəxsən iştirak etməsi mümkündür.
İRNA-nın məlumatına görə, Donald Tramp bazar ertəsi günü Ağ Evdə Benyamin Netanyahu ilə görüşdə deyib: ABŞ səfirliyinin Qüdsə köçürülməsi tarixi fürsətdir və biz bu prosesin sürətlə reallaşmasını istəyirik.
Tramp deyib: ABŞ və İsrail arasında münasibətlər heç vaxt bu qədər səmimi və isti olmayıb.
Sionist rejim baş naziri Benyamin Netanyahu da bu görüşdə Qüdsün İsrailin paytaxtı tanınması və Birləşmiş Ştatların səfirliyinin bu şəhərə köçürülməsinə dair Amerika prezidentinin addımını alqışlayıb və deyib: İsrail öz inkişaflarını ABŞ-ın dəstəyinə borcludur.