Mart 07, 2018 09:30 Asia/Baku
  • Trampın iqtisadi müşaviri də istefa verdi

Ağ evin yüksək səviyyəli iqtisadi müşaviri Geri Kohn dünən ABŞ prezidenti Donald Tramp ilə polad və alüminum idxalatına təariflərin tətbiq edilməsi mövzusu barədə fikir ayrılıqları üzündən istefa verib

İndiyədək Amerikanın bir çox rəsmiləri və ticarət qrupları Trampın tarif proqramını qınayaraq onu böyük bir səhv adlandırıblar. 

Tramp son vaxtlar bildirib ki, Amerikaya Alüminum və polad idxalatına tariflər tətbiq etmək niyyətindədir. ABŞ hökumətinin layihəsinə əsasən polad idxalatına 25, Alüminum idxalatına isə 10 faiz tarif tətbiq olunacaq. 

AVropa Birliyi və bir çox ölkələr Trampın bu qərarının reallaşacağı təqdirdə Amerika mallarına oxşar tariflər tətbiq edəcəklərini bildiriblər. 

 

Teqlər