Mart 07, 2018 13:17 Asia/Baku
  • Tramp Avropa ölkələrinə qarşı

ABŞ prezidenti Avropa Birliyinin ticarət qanunlarını tənqid edərək, deyib: Avropa Birliyi Amerika şirkətlərinin fəaliyyətini demək olar ki, imkansız edib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı İsveçin baş naziri Stefan Lefon ilə birgə mətbuat konfransında deyib: Avropa Birliyi demək olar ki, Amerika şirkətlərinin ticarətlə məşğul olmasını qeyri-mümkün edib. 

ABŞ prezidenti daha sonra Avropanın Amerikaya avtomobil və istənilən digər məhsulu asanlıqla ixrac etdiyini deyib. 

Trampın dediyinə görə, Avropa Birliyi Amerika ilə yaxşı rəftar etməyib. Və bu ədalətsiz bir ticarətdir. 

Amerika və Avropa rəsmiləri arasındakı gərginlik son günlər daha da artıb. 

Tramp cümə axşamı Avropadan alüminium idxalını Amerikanın daxili istehsalına zərbə adlandırıb, alüminium və polad idxalı üçün gömrük taariflərini müvafiq olaraq 25 və 10 faiz elan edib. 

Avropa Birliyi ABŞ-ın bu hərəkətinə cavab olaraq, qarşılıqlı tədbirlər görəcəyini bildirib. 

Tramp isə Avropa Birliyini belə bir addım atacağı təqdirdə, Avropa istehsalı olan avtomobillərin gömrük rüsumlarını da artıracağını bildirib. 

Teqlər