Amerikalı pornoaktrisa Tramp əleyhinə şikayət edib
Amerikalı bir pornoaktrisa ABŞ prezidenti əleyhinə şikayət edib.
CNN telekanalının verdiyi məlumata görə, Stormi Daniels adı ilə məşhur olan Stefani Kliford ABŞ prezidenti Donald Tampa qarşı şikayət edib.
Trampın vəkili Maykl Kohen bundan öncə Stormi Daniels ilə müqavilə bağlayaraq, Tramp ilə qeyri-qanuni intim münasibətlərini ifşa etməməsi müqabilində, ona külli miqdarda vəsaitin ödənildiyini bildirmişdi.
Stefani Klifordun vəkili çərşənbə axşamı irəli sürdüyü şikayət ərizəsində Maykl Kohenin bu anlaşmanı ABŞ prezidenti Donald Trampın adından imzaladığını və artıq şikayət ərizəsinin irəli sürülməsi ilə ba anlaşmanın qüvvədən düşdüyünü bildirib.
Stormi Daniels bir müddət öncə Trampın hələ prezident seçkilərindən xeyli öncə onunla intim münasibətlərə malik olduğunu deyib. Storminin vəkili isə deyib: 2016-cı ildə prezident seçkilərinə hazırlıq ərəfəsində bir neçə qadının Tramp ilə gizli intim münasibətlərə malik olduqlarını etiraf etmələrinin ardınca, Trampın vəkili məsələyə müdaxilə edərək, bu məsələnin ifşa edilməsinin önünə keçib.
CNN bundan öncə ABŞ prezidenti Donald Trampın vəkilinin Tramp ilə intim münasibətlərini gizli saxlaması üçün pornoaktrisaya 130 min dollar pul ödədiyini etiraf etdiyini bildirmişdi.