Mart 10, 2018 12:44 Asia/Baku
  • Zəkzakinin tərəfdarları aksiya keçiriblər
    Zəkzakinin tərəfdarları aksiya keçiriblər

Nigeriya paytaxtı Abucada çoxlu sayda insan İslami Hərəkatın rəhbərinin azadlığı tələbi ilə aksiya keçirib.

PressTv-nin verdiyi məlumata görə, Nigeriya İslami Hərəkatı paytaxt Abucada təşkil etdiyi yürüşdə bir daha bu hərəkatın rəhbəri şeyx İbrahim Zəkzakinin azadlığa buraxılmasını istəyib. 

Yürüş iştirakçıları şeyx Zəkzaki və onun həbsdə olan məsləkdaşlarına dəstək şüarları səsləndiriblər. 

Yürüş iştirakçılarından biri deyib: "Şeyx Zəkzakinin həbs edilməsi səhv addım idi və o azadlığa buraxılmalıdır. Zəkzaki və onun ailəsinə və davamçılarına qarşı bir çox cinayətlər həyata keçirilib. Bu qanuni haqqımızdır ki, rəhbərimizin azad edilməsini istəyək. "

Ali məhkəmənin azad edilməsinə qərar verdiyi şeyx Zəkzaki 2 ildən çoxdur ki həyat yoldaşı və bəzi davamçıları ilə bərabər həbsdə saxlanılır. 

Başqa bir yürüş iştirakçısı deyib: " Nən Kanodan uzun yol gəlmişəm ki, şeyx Zəkzakiyə dəstək aksiyasında iştirak edim. Bəzi iştirakçılar daha uzaq yollardan gəliblər,  rəhbərimiz azad edilənəcək biz Abucada qalacağıq."

2015-ci il dekabrda Nigeriyanın hərbi qüvvələri Zariyada yerləşən şeyx Zəkzakinin evinə hücum edərək onu yaraladılar və onun tərəfdarlarından ibarət 300-dən çox adamı qırğın etdilər. Həmin hücumda şeyx Zəkzakinin oğlu da öldürüldü və həyat yoldaşı ağır yaralandı. 

 

Teqlər