Mart 12, 2018 21:26 Asia/Baku
  • Əfqanıstanda törədilən bomba partlayışında beş nəfər ölüb
    Əfqanıstanda törədilən bomba partlayışında beş nəfər ölüb

Əfqanıstanın qərbində yerləşən Fərah vilayətində bomba partlayışı nəticəsində beş nəfər, o sıradan bu ölkə ordusunun bir komandanı öldürülübdür.

Ordu komandanlarından olan Nəcib Allah Qeyrət Fərah vilayətində bir şose yolunun kənarında qoyulmuş bombanın partlaması nəticəsində dörd digər hərbçi ilə yanaşı öldürülübdür.

Belə bir halda, Əfqanıstan müdafiə nazirliyinin sözçüsü Dövlət Vəziri deyib: Köməkçi hərbçilərin ilk qrupu Fərah vilayətində yerləşən "Ənar dərre" rayonu istiqamətində talibanın pusqusunda durub və yarımhərbçilərlə toqquşma şiddətlə davam edir.

Deyilənlərə görə, "Ənar dərre" rayonunda taliblərlə əfqan təhlükəsizlik qüvvələri arasındakı döyüşlərdə polis qüvvələrindən azı on beş nəfər öldürülübdür.

Talibanın sözçüsü Qari Yusif Əhmədi bu qrupun üzvlərinin Fərah vilayətindəki son hərəkətləri barədə deyib ki, həmin hərəkətlər Trampın Əfqanıstandakı hərbi strategiyasına cavabdır.

Fərah Əfqanıstanın qərbindəki təhlükəli vialyətlərdən biri sayılır və ötən il taliblərin hücumları nəticəsində süqut astanasınadək gedib çıxdı.

 

Teqlər