Mart 14, 2018 16:39 Asia/Baku
  • Merkel yenidən Almaniya kansleri seçildi

Almaniya parlamentinin səs verməsi ilə bu ölkə kansleri yenidən bu vəzifəyə seçilib.

İRİB-in məlumatına görə, Angella Merkel çərşənbə günü 364 lehinə səslə dördüncü dəfə ardıcıl olaraq Almaniya kansleri seçilib.

Almaniya kansleri seçkisi yeganə namizədlə keçirilib.

Almaniyanın partiya və parlament üsul-idarəsi olduğunu nəzərə alaraq, partiyalar kanslerin təyin olunması üzrə razılığa gəlirlər və əleyhinə səslər daha çox əksəriyyət olmayan müxalifət partiyalarına aiddir.

Mühafizəkar partiyalar koalisiyası Xristian Demokrat, Xristian Sosial və Demokrat Sosial partiyalarından ibarətdir və dörd il öncəki kimi Almaniyanın koalisiya hökumətini təşkil edir.

Almaniyada parlament seçkiləri 24 sentyabr 2017-ci il tarixində keçirildi. Merkel ilk öncə Liberal və Yaşıl partiyalarla iclas təşkil etməyə çalışsa da, uğur qazana bilmədi.

Almaniya kansleri sonra hökuməti təşkil etmək üçün sosial-demokratlarla razılığa gəldi.

Teqlər