Taliban Kabil terror aktının məsuliyyətini üzərinə götürüb
Mart 17, 2018 16:51 Asia/Baku
-
Taliban Kabil terror aktının məsuliyyətini üzərinə götürüb
Əfqanıstan Daxili İşlər Nazirliyi bildirib: Taliban qrupu Kabildəki partlayış aktının məsuliyyətini üzərinə götürüb.
İRİB-in məlumatına görə, Əfqanıstan Daxili İşlər Nazirliyi bir bəyanatda bildirib: Şənbə günü Kabildə bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 2 sivil həlak olub, üç nəfər də yaralanıb.
DİN əlavə edib: Terrorçu aktı təhlükəsizlik məkanında keçirmək istəyib. Lakin məqsədə çatmazdan öncə qurğunu işə salıb.
Ötən ay Kabilin İnterkontinental otelində terror aktında 43 nəfər həlak olub, onlarla nəfər yaralanıb. Taliban qruplaşması bu aktın məsuliyyətini üzərinə götürmüşdü.