Apr 13, 2018 16:29 Asia/Baku
  • Şeyx Zəkzəkinin azadlığı uğrunda etiraz aksiyası keçirilib
    Şeyx Zəkzəkinin azadlığı uğrunda etiraz aksiyası keçirilib

Nigeriya xalqının bu ölkədə islami hərəkatın baş katibi Şeyx İbrahim Zəkzəkinin və onun həyat yoldaşının həbs olunmasına qarşı aksiyası davam edir.

Şeyx Zəkzəkinin tərəfdarları Nigeriyanın paytaxtı Abucada aksiya keçirərək, onun tez bir zamanda azadlığa buraxılmasını istəyiblər. Xüsusən ona görə ki, bəzi məlumatlar Şeyx Zəkzəkinin cismani durumunun ağırlaşmasından və onun ikinci gözünün kor olması ehtimalından söz açır.

Nigeriya islami hərəkatının sözçüsü İbrahim Musa bu ölkənin başçılarını azdırıcı məlumatlar və şayiələr yaymaq yolu ilə etirazların istiqamətini öz yolundan yayındırmağa və bu yolla, bir növ hərc-mərclik yaradıb, fürsətdən istifadə edərək, dinc etirazları zorakılığa çəkməyə çalışmaqda ittiham edib.

Qeyd edək ki, Şeyx İbrahim Zəkzəki iki il bundan qabaq həyat yoldaşı ilə yanaşı, Zarya-da həbs edilibdir.

Teqlər