Şimali Koreya nüvə və raket sınaqlarını dayandırdı
Şimali Koreyanın rəsmi xəbər agentliyi şənbə günü səhər bu ölkənin raket və nüvə sınaqlarını müvəqqəti olaraq dayandırmasından və ölkənin şimalında yerləşən bir nüvə mərkəzini bağlamasından xəbər verib.
İRNA-nın məlumatına görə, bu qərar Şimali Koreyanın hakim partiyasının illik iclasında çıxarılıb.
Şimali Koreyanın rəsmi xəbər agentliyi həmçinin bildirib: Şimali Koreyanın rəhbəri Kim Çen İn bir bəyanat yayaraq, ölkəsinin nüvə silahlarının istehsalı prosesini təkmilləşdirdiyi üçün artıq nüvə və raket sınaqlarına ehtiyaclı olmadığını deyib.
Şimali Koreyanın nüvə və raket sınaqlarını dayandırması xəbəri iki koreya başçılarının qarşıdan gələn cümə günü baş tutacaq görüşü ərəfəsində yayılıb.
Şimali Koreyanın rəhbəri Kim Çen İn və Cənubi Koreya prezidenti Mun Cae İn cümə günü görüşməlidirlər.
İki Koreya münasibətlərinin yaxşılaşması, Koreya Yarımadasının nüvə silahlarından təmizlənməsi və davamlı sülhə nail olmaq bu görüşün əsas müzakirə mövzuları olacaq.
Kim Çen İn may və ya iyun ayında da ABŞ prezidenti Donald Tramp ilə görüşməlidir.
ABŞ davamlı olaraq Şimali Koreyanı dünya sülhü üçün təhdid qələmə verməyə çalışaraq, məntəqədə gərginlik yaratmaq istəyib.