Əfqanıstanda sivillərin tələfatı sayı artıb
https://azeri.sahartv.ir/news/dünya-i305158-Əfqanıstanda_sivillərin_tələfatı_sayı_artıb
Əfqanıstan İnsan Haqları Müstəqil Komissiyasının rəhbəri bu ölkədə sivillərin tələfatının 15% artdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2018 07:27 Asia/Baku
  • Əfqanıstanda sivillərin tələfatı sayı artıb
    Əfqanıstanda sivillərin tələfatı sayı artıb

Əfqanıstan İnsan Haqları Müstəqil Komissiyasının rəhbəri bu ölkədə sivillərin tələfatının 15% artdığını bildirib.

İRİB-in Püştü dilli radiosunun məlumatına görə, Sima Səmər bazar ertəsi günü Kabildə mətbuat konfransında deyib: 1396-cı günəş ilində Əfqanıstanda 3200-dən çox sivil həlak olub. Bu isə ötən illə müqayisədə 15% artımın olduğunu göstərir. 

Sima Səmər əlavə edib: Ötən illə müqayisədə 1396-cı ildə ölkədə mürəkkəb partlayış aktları 28% artıb. Bu müddətdə 21 jurnalist və media nümayəndəsi həlak olub. 

Əfqanıstanın bir çox rəsmisi, siyasi və dini şəxsiyyətləri və vətəndaşları ABŞ-ın Əfqanıstan müharibəsindəki hərbi strategiyasını məğlubedilmiş hesab edir və bildirir ki, xarici hərbçilərin iştirakının davam etməsi ilə destabillik və müharibə də davam edəcək və sadəcə işğalçıların çıxması ilə dinclik Əfqanıstana dönəcək.