Pxenyandan Vaşinqtona xəbərdarlıq
Şimali Koreya xarici işlər nazirliyinin sözçüsü bildirib ki, Koreya yarımadasının durumu barədə irəliləyişlərin olmasına rəğmən, Amerika qəsdən Pxenyanı təhrik etməyə çalışır.
Şimali Koreya xarici işlər nazirliyinin sözçüsü Amerikadan istəyibdir ki, Pxenyana qarşı hərbi təhdid və təzyiqlərə son qoysun.
O, deyib: Bu cür təzyiq və təhdidlər nüvə məsələsinin həllinə kömək etməyəcək. Koreya Xalq Demokratik Respublikası dünən Amerikanı Koreya yarımadasının tərkisilahı barədə dünya ictimaiyyətini yayındırmaqda ittiham edib. Bu ölkənin xarici işlər nazirliyinin sözçüsü bildirib ki, Koreya yarımadasının durumu barədə irəliləyişlərin olmasına rəğmən, Amerika qəsdən Pxenyanı təhrik etməyə çalışır.
Pxenyan və Seul aprelin 27-də Şimali Koreyanın rəhbəri Kim Çen In və Cənubi Koreyanın prezidenti Mun Çje İn arasında tarixi bir iclas gedişində müştərək bəyanat yayaraq, qeyd etdilər ki, iki tərəf Koreya yarımadasının tərkisilahı barədə üzərinə öhdəlik götürür.
Şimali Koreya xarici işlər nazirliyinin sözçüsü Amerikanın "Şimali Koreyanın Koreya yarımadasının tərkisilahına hazır olduğunu bildirməsi sanksiyalar və təzyiq nəticəsində olubdur" iddiasını pisləyibdir.
O, həmçinin Amerikanı Pxenyanın tam şəkildə nüvə silahlarını kənara qoymaycağı zamanadək Vaşinqtonun sanksiyalar və təzyiqi azaltmayacağını bildirməsinə görə kəskin tənqid atəşinə tutubdur.
Eyni zamanda Şimali Koreya xarici işlər nazirliyinin sözçüsü belə xəbərdarlıq edib: Amerika Koreya yarımadasında stratreji təhcizatlar yerləşdirmək və Şimali Koreyada insan haqlarının pozulmasını qabartmaq üzrə səylərini artırmaqla Koreya yarımadasındakı durumu daha da ağırlaşdırmağa doğru hərəkət edir.
O, deyib: Amerikanın bu hərəkəti müzakirələrdən irəli gələn hazırkı müsbət atmosferi aradan götürmək və vəziyyəti əvvəlki gərgin hala qaytarmaq üzrə təhlükəli cəhddən başqa bir şey deyildir.
O, həmçinin xəbərdarlıq edibdir ki, əgər Vaşinqton Pxenyanın dostcasına sülh niyyətləri barədə hesablama yanlışlığına düçar olar, onu bu ölkənin zəifliyi nişanəsi kimi qələmə verər və yenə də öz təzyiq və təhdidlərini davam etdirərsə, Koreya yarımadasının nüvə məsələsi barədə yalnız əks nəticəni töhfə vermiş olacaqdır.