Merkel: Avropa nüvə anlaşmasını qorumaq üçün əlindən gələni edəcək
May 10, 2018 09:12 Asia/Baku
Almaniya kansleri ABŞ-ın nüvə anlaşmasından çıxmasından təəssüfləndiyini bildirib və deyib: Avropa bu beynəlxalq anlaşmanı qorumaq üçün əlindən gələni edəcək.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkel çərşənbə günü ABŞ prezidenti Donald Trampın nüvə anlaşmasından çıxmaq üzrə qərarına reaksiyada deyib: Almaniya digər avropalı şərikləri ilə birlikdə İran ilə nüvə anlaşmasını qorumaq üçün əlindən gələni edəcək.
Almaniya kansleri İranın indiyə kimi nüvə anlaşmasına tam formada əməl etdiyini də vurğulayıb.
Tramp çərşənbə axşamı ABŞ-ın nüvə anlaşmasından çıxması ilə bağlı qərarını açıqlayıb.