May 16, 2018 13:10 Asia/Baku
  • Avropalılar nüvə anlaşmasını qorumağa çalışırlar
    Avropalılar nüvə anlaşmasını qorumağa çalışırlar

ABŞ prezidentinin əksinə olaraq Avropa rəsmiləri İran ilə nüvə nalaşmasını qorumağa çalışırlar.

Almaniya kansleri Angela Merkel deyib: ABŞ prezidenti Donald Trampın nüvə anlaşmasından çıxmağa dair qərarı Almaniya-Amerika və Avropa-Vaşinqton münasibətlərindəki dəyişikliyin nişanəsidir.

Merkel əlavə edib: Britaniya, Fransa və Almaniya İran ilə nüvə anlaşmasının qorunmalı olduğuna inanırlar.

Rusiya prezidenti Vladimir Putin də çərşənbə axşamı fransız həmkarı Emanuel Makron ilə nüvə anlaşması haqda danışıb. Tərəflər bu anlaşmanın qorunmasına təkid ediblər.

Avropa Bİrliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini də çərşənbə axşamı Britaniya, Almaniya, Fransa və İranın xarici işlər nazirinin iştirakı ilə Brüsseldə nüvə anlaşması ilə bağlı müzakirələri müsbət dəyərləndirib və deyib: Nüvə anlaşmasının qorunmalı olduğuna inanırıq.

Fransanın xarici işlər naziri Jan İv Le Driyan da nüvə anlaşmasını imzalayan ölkələrin İranın bu anlaşmanın iqtisadi mənafeyindən faydalana biləcəyinə dair zəmanətlər verməli olduqlarını deyib.

Almaniyanın xarici işlər naziri Hayko Mas da ABŞ olmadan İran ilə nüvə anlaşmasının davam etdirilməsi yollarının araşdırılmasına təkid edib.

Britaniyanın xarici işlər naziri Boris Conson da deyib: Britaniya, Fransa və Almaniya nüvə anlaşması çərçivəsində İran ilə iqtisadi və ticarət əlaqələrinə malik olmaq istəyən Avropa şirkətlərinin qanuni maraqlarını müdafiə edə bilərlər.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də Brüssel iclasında nüvə anlaşmasının saxlanılması yolları və Avropalı tərəflərin İrana zəmanət vermələri barədə danışıqlar aparıb.

Nüvə anlaşmasının qorunması yollarının araşdırılması məqsədilə Brüsseldə keçirilən iclas ilə bir vaxtda ABŞ-ın Xəzinədarlıq Nazirliyi bu ölkənin nüvə anlaşmasından çıxmasından sonra İrana qarşı ikinci sanksiyaları çərçivəsində İranın Mərkəzi Bankı-nın rəhbəri Vəliyullah Seyfin adını sanksiyalar siyahısına daxil edib.

Bu yüksək səviyyəli İran rəsmisi ilə yanaşı Əli Tərzəli adlı bir başa iranlı habelə, bir Livan və bir İraq vətəndaşının adı da sanksiyalar siyahısına daxil edilib.

ABŞ prezidenti Donald Tramp dəfələrlə nüvə anlaşmasını ən pis anlaşma adlandırdıqdan sonra, 8 may tarixində ölkəsinin bu anlaşmadan çıxmasına dair göstəriş verdi. Trampın bu qərarı ABŞ konqresmenləri habelə, Vaşinqtonun avropalı müttəfiqləri tərəfindən ciddi etirazlarla qarşılanıb.

Teqlər