May 17, 2018 20:13 Asia/Baku
  • Avropa Troykası nüvə anlaşmasını himayə üzrə bəyanat verdi

Almaniya, Fransa və Britaniya başçıları Bolqarıstanın paytaxtı Sofiyada baş tutan üçtərəfli iclasın ardınca bir daha İran ilə nüvə anlaşmasının qorunmasına təkid ediblər.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Britaniyanın baş naziri Tereza Mey, Fransa prezidenti Emanuel Makron və Almaniya Kansleri Angela Merkel birgə bəyanat yayaraq, bütün tərəflərin nüvə anlaşmasının bütün şərtlərinə sadiq qalmalı olduğuna təkid ediblər.

Fransa,Britaniya və Almaniya İrandan nüvə anlaşmasına sadiq qalmasını istəyərək, bu anlaşmanı qoruyacaqlarına dair üzərlərinə öhdəlik götürüblər. 

Almaniya, Fransa və Britaniya başçıları cümə axşamı Sofiyada Avropa Birliyinə üzv ölkələrin sammiti kənarında üçtərəfli görüş keçiriblər. 

ABŞ prezidenti Donald Tramp ölkəsinin nüvə anlaşmasından çıxdığını elan etdiyi zaman, nüvə sanksiyalarının bərpa olunmasına dair fərman imzalayıb və Avropa ölkələrinə İranla ticarət əlaqələri brədə xəbərdarlıq edib. 

İran yalnız mənafeyinin təmin ediləcəyi təqdirdə bu anlaşmada qalacağını bildirib .

Teqlər