İtaliyada abort əleyhinə aksiya
https://azeri.sahartv.ir/news/dünya-i308552-İtaliyada_abort_əleyhinə_aksiya
Minlərlə italiyalı paytaxt Romada "Yaşamaq haqqını müdafiə" şüarı ilə aksiya keçirərək, abortun azad elan edilməsinə dair qanuna etiraz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2018 04:24 Asia/Baku
  • İtaliyada abort əleyhinə aksiya
    İtaliyada abort əleyhinə aksiya

Minlərlə italiyalı paytaxt Romada "Yaşamaq haqqını müdafiə" şüarı ilə aksiya keçirərək, abortun azad elan edilməsinə dair qanuna etiraz edib.

İRİB-nin verdiyi məlumata görə, bu etiraz aksiyasında iştirak edənlər İtaliya hökumətinin hər il abort üçün 200 milyon avro büdcə ayırdığını deyərək, bu məsələnin ölkədə abort hallarının artmasına səbəb olduğunu bildiriblər. 

Bazar günü Romada keçirilən bu aksiyada iştirak edənlər ötən 40 ildə 6 milyondan çox abort halının qeydə alınması ilə bağlı rəsmi statistikanı dəhşətli adlandırıblar. 

Aksiya iştirakçıları həmçinin, abortu qeyri-insani və qeyri-əxlaqi hərəkət adlandıraraq, bunun ailə dayaqlarını zədələdiyini bildiriblər. 

İtalyanlar hər il aborta icazə verən qanun əleyhinə aksiyalar təşkil edərək, yaşamaq haqqını müdafiə edirlər.