May 28, 2018 17:52 Asia/Baku
  • Əfqanıstanda 80 terrorçu öldürülüb
    Əfqanıstanda 80 terrorçu öldürülüb

Əfqanıstan təhlükəsizlik qüvvələrinin bir neçə əməliyyatında təkfirçi-sionist İŞİD ünsürlərindən on bir nəfər daxil olmaqla səksən terrorçu öldürülüb.

Əfqanıstan müdafiə nazirliyi bildirib ki, bu hücumlar ordunun artilleriya və aviasiya qüvvələrinin dəstəyilə Nəngərhar, Qəzney, Lugər, Pəktika, Ərzəqan, Qur, Faryab, Bəğlan, Bədəxşan və Hilmənd vilayətlərində həyata keçirilib. Nəticədə 23 terrorçu da yaralanıbdır.

Bu əməliyyatda ölənlərdən on bir nəfər təkfirçi-sionist İŞİD qrupunun üzvü olub və Nəngərhar vilayətinin Çəpərhar rayonunda, doqquz nəfər isə Taliban qrupunun üzvü olub və Qəzney vilayətinin Əcrestan rayonunda hədəfə alınıbdır.

Digər bir xəbərə görə, Taliban üzvləri bu gün səhər Pəktika vilayətinin mərkəzi olan Gərdiz şəhərində bir polisi öldürüblər.

Pəktika polisi komandanlığının sözçüsü Sərdar Vəli Təbəssom deyib: Gərdiz şəhərinin 1-ci təhlükəsizlik dairəsinin rəis müavini patrul əməliyyatı keçərkən taliblərin hücumu nəticəsində həyatını itirib.

O, qeyd edib ki, bu hücumda həmçinin iki talib öldürülübdür.

Teqlər