İyun 11, 2018 12:29 Asia/Baku
  • Tramp Sinqapur baş naziri ilə görüşüb
    Tramp Sinqapur baş naziri ilə görüşüb

Sinqapur baş naziri və ABŞ prezidenti qarşılıqlı əlaqələr və Koreya yarımadasında nüvə tərksilahı mövzusunu müzakirə ediblər.

Bu gün Sinqapurun baş naziri İstana sarayında ABŞ prezidenti və onu müşayiət edən heyəti günorta yeməyində qəbul edib. Görüşdə qarşılıqlı əlaqələr və Koreya yarımadasında nüvə tərksilahı mövzusu müzakirə edilib. 

ABŞ prezidenti Donald Tramp dünən axşam Şimali Koreya rəhbəri ilə görüş məqsədi ilə güclü təhlükəsizlik tədbirləri ilə müşayiət olunaraq Sinqapurun Lebarpaya hava bazasına daxil olub. 

Şimali Koreya rəhbəri Kim Conq İn də dünən Trampdan öncə Çin hava yollarına aid təyyarə ilə Sinqapurun Çanqi hava limanına daxil olub. 

Donald Tramp bu iclas barədə Tvittində yazıb: Kim Con İn ilə müzakirələrin ilk dəqiqələrində Pxenyanın etimadediləsi müzakirəçi olub-olmadığını başa düşəcəyəm. 

Amerika və Şimali Koreya rəhbələri 1950-1953-cü illərin müharibəsindən sonra iki düşmən ölkə olaraq biri-biri ilə görüşlərə malik olmayıblar. 

Sinqapur ABŞ və Şimali Koreya rəhbərlərinin görüşünün təşkil edilməsinin 20 milyon dollar xərci olduğunu bildirib və ikitərəfli iclasın sonunadək iştirakçıların təhlükəsizliyinin təmin edilməsinin Sinqapur üçün ən əsas prioritet təşkil etdiyini bildirib. 

Bu iclasın təhlükəsizliyini sürətli reaksiya və şəhər müdafiə qruplarından ibarət 5 min polis əməkdaşı iləcə də Amerika və Şimali Koreyadan xüsusi təyinatlı qüvvələr təmin edirlər və beləliklə şəhər tam hərbi məntəqə atmosferini yaşayır. 

Bu gün Sinqapurda diplomatik gediş-gəlişlər yüksək təhlükəsizlik tədbirləri ilə müşayiət olunur. 

 

Teqlər