Çin prezidenti ABŞ-ın birtərəfli rəftarları haqda xəbərdarlıq etdi
Çin prezidenti ABŞ-ın birtərəfli rəftarları və bu ölkə ilə ticarət savaşının dərinləşməsi barədə xəbərdarlıq edib.
Çin xəbər agentliyinin verdiyi məlumata görə, Şi Cin Pinq cümə axşamı Cənubi Afrikanın Yuhanesburq şəhərində keçirilən "Briks" qrupunun sammitində etdiyi çıxışında ABŞ-ın birtərəfli siyasətlərini tənqid edərək, deyib: İqtisadi üstünlüyə yiyələnmək cəhdi qəbul olunmazdır və beynəlxalq iqtisadi quruluşa zərbə vurur.
Çin prezidenti həmçinin deyib: ABŞ-ın birtərəfli rəftarları heç bir ölkə üçün tövsiyə olunmur və bu rəftarın udan tərəfi olmayacaq.
Şi Cin Pinq həmçinin "Briks" başçılarından ABŞ-ın birtərəfli rəftarlarına qarşı çıxmalarını istəyib.
Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika "Briks" qrupunun üzvləridirlər.
ABŞ və Çin arasındakı ticarət savaşı 8 mart 2018-ci il tarixindən başlanıb.
ABŞ prezidenti son zamanlar Çindən idxal edilən və ümumi dəyəri 34 milyard dollar olan təqribən 800 adda məhsul üçün 25%-lik gömrük rüsumu təyin edib.
Trampın bu qərarının ardınca Çinin Ticarət Nazirliyi də ABŞ istehsalı olan 128 adda məhsul üçün gömrük rüsumlarını artırıb.