Pekində ABŞ səfirliyi yaxınlığında partlayış baş verib
İyul 26, 2018 11:15 Asia/Baku
Pekində ABŞ səfirliyi yaxınlığında partlayışın baş verdiyi bildirilir.
İRİB-nin verdiyi məlumata görə, bu gün səhər Pekində ABŞ səfirliyinin yaxınlığında güclü partlayış baş verib.
Bəzi məlumatlara görə, partlayışın ardınca ABŞ səfirliyinə gedən yollar bağlanıb.
Skay Nyus informasiya kanalı və Çin mediaları bu xəbəri təsdiq ediblər.
Hadisənin detallarına işarə olunmur.