Avq 02, 2018 12:02 Asia/Baku
  • Fransa: Nüvə anlaşması qüvvədə qalmaqda davam edir
    Fransa: Nüvə anlaşması qüvvədə qalmaqda davam edir

Fransanın xarici işlər naziri nüvə anlaşmasının yaşamasının önəmini vurğulayaraq, ABŞ prezidentinin İranla müzakirə barədəki təklifi barədə fikirlərini bildirib.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian dünən deyib ki, ABŞ-ın nüvə anlaşmasından çıxmasına rəğmən, bu anlaşma qüvvədə qalmaqda davam edir.

O, deyib: Nüvə anlaşması mühümdür, zira regionda gərginliklərin artmasının qarşısını alır.

Fransanın xarici işlər naziri həmçinin deyib: Amerika prezidenti Donald Tramp İranla bağlı Şimali Koreya metodundan istifadə etmək istəyir, yəni şifahi hücumla başlayır, sıxışdırır və sonra müzakirə təklifini verir.

Bundan öncə Tramp iddia etmişdi ki, hər bir yerdə və hər bir zamanda heç bir önşərt olmadan İran rəsmiləri ilə görüşə hazırdır.

Bu iddia tez bir zamanda problemə çevrildi və ABŞ-ın dövlət katibi Mayk Pompeo İranla müzakirəni bu ölkənin rəftarının dəyişməsilə şərtləndirdi.

Amerika prezidenti nüvə anlaşmasından çıxmasından bəri aşkar bir aldatmada birbaşa və ya dolayısı ilə İranla müzakirə aparmaq istədiyini bildirir.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad də çərşənbə axşamı günü gecə vurğuladı ki, sanksiya və təbliğat taktikaları faydasızdır. O, deyib: Amerika yalnız nüvə anlaşmasından çıxmaqda və müzakirə masasıını tərk etməkdə özünü müqəssir saya bilər.

Teqlər