Amerika Çinə qarşı yeni gömrük tarifini əsaslandırıb
-
Amerika Çinə qarşı yeni gömrük tarifini əsaslandırıb
Amerikanın ticarət naziri deyib ki, Vaşinqtonun Çindən idxal olunan əmtəə mallarının yarısına tətbiq etməli olacağı yeni gömrük tarifləri bu ölkə iqtisadiyyatına kiçik bir təsir göstərəcəkdir.
Amerikanın ticarət naziri Vilbur Ross bu gün Foks Biznes Nyus telekanalı ilə müsahibədə Çindən idxal edilən təqribən iki yüz milyard dollarlıq əmtəə mallarına 25 faizlik tarif barədə deyib ki, bir faciə baş verməyəcək.
Vilbur Ross əlavə edib: Bu tariflər ildə təqribən əlli milyard dollar olur ki, bu da Çin iqtisadiyyatının bir faizindən azına bərabərdir.
Amerikanın ticarət naziri sonra deyib: Amerika prezidenti Donald Tramp belə hesab edir ki, rəftarlarını mülayimləşdirməsi üçün Çinə təzyiq göstərməyin vaxtıdır.
Amerikanın Çindən idxal olunan əmtəə mallarına qarşı daha çox tariflər tətbiq etmək üzrə təhdidi Pekin rəsmilərinin kəskin tənqidlərinə səbəb olub və iki ölkə arasında ticarət gərginliklərinin şiddətlənməsilə nəticələnibdir.
Amerika Vaşinqton vaxtı ilə bu günün sonlarınadək Çindən idxal olunan və iki yüz milyard dollar dəyərində olan on faizlik gömrük rüsumunu 25 faizədək artırmaq niyyətindədir.
Çin xarici işlər nazirliyi dünən Vaşinqtonun bu qərarına reaksiyada vurğulayıb: Əgər Amerika gərginlik yaradan addımlar atarsa, Pekin də mütləq şəkildə ona cavab verəcəkdir.