Avq 10, 2018 09:16 Asia/Baku
  • Kremlin sözçüsü Dmitri Pekov
    Kremlin sözçüsü Dmitri Pekov

Kremlin sözçüsü Dmitri Pekov deyib: Amerikanın Rusiyaya qarşı yeni sanksiyaları qeyri-qanunidir və beynəlxalq normalara ziddir.

İRNA-nın verdiyi məlumata görə, Dmitri Peskov dünən Rusiya-24 telekanalına müsahibəsində deyib: Amerikanın yeni sanksiyalarının Skripalın işi ilə əlaqələndirilməsi qəbulolunmazdır ona görə ki, Rusiya Sergey Skripalın və onun qızının Britaniyada zəhərləndirilməsində heç bir rolu olmayıb. 

Kreml sözçüsü deyib: Moskva ABŞ-ın yeni sanksiyalarına reaksiya olaraq bir sıra tədbirlər hazırlayır. 

Rusiyanın XİN sözçüsü Mariya Zaxarova da ABŞ-ın yeni sanksiya paketinə cavab olaraq müvafiq tədbirlərin hazırlanmaqda olduğunu bildirib və deyib: Rusiya Amerikanın növbəti sanksiyalarının mahiyyəti və miqyasını diqqətdə saxlayır və buna uyğun olaraq reaksiya verəcək. 

ABŞ Dövlət Departamenti dünən bildirib ki, Rusiyanın Sergey Skripalın zəhərləndirilməsində rolu olduğuna görə bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edəcək. 

Britaniyanın Salzberi şəhərində yaşayan keçmiş rus casus Sergey Skripal cari il mart ayında qızı ilə birlikdə kimyəvi maddə ilə hücuma məruz qaldı. 

Britanya dövləti bu sui-qəsdin Rusiya tərəfindən hazırlandığını iddia etdi amma Rusiya bu ittihamları rədd edibdir. Buna baxmayaraq Britaniya dövləti 23 rus diplomatını qovdu və Rusiya da buna qarşılıqlı olaraq Britaniya diplomatlarını qovmaqla cavab verdi. 

Röytersin verdiyi məlumata görə, Amerika Dövlət Departamenti çərşənbə günü bir bəyanatda bildirib ki, Rusiyaya qarşı növbəti sanksiyalara avqustun 22-dən start veriləcək. 

Amerikanın növbəti sanksiyalar anonsu Rusiyanın milli valyutası Rublun eləcə də Moskva birjasının dəyərini kəskin itirməsi ilə nəticələnib. 

Teqlər