Avq 23, 2018 21:29 Asia/Baku
  • Trampın vəkilinə qanunsuz əmrləri
    Trampın vəkilinə qanunsuz əmrləri

ABŞ prezidentinin sabiq vəkili Maykl Kohenin vəkili deyib: Tramp vəkilinə cinayət əməli həyata keçirməsi üçün əmr veribmiş.

APTN-in verdiyi məlumata görə, Maykl Kohenin vəkili Lani Devis Kohenin məhkəmədəki etiraflarına toxunaraq deyib: Trampın özü cinayət törədib amma onunla əlaqədə olan qadınların susması üçün verilən çeki imzalamamışdı ona görə ki, öz rolunu gizlətsin. 

Devis deyib: Tramp Kohenə əmr edibmiş ki, özü bu işi yerinə yetirsin. 

Devis deyib: Kohen nəinki əfd ediləcəyinə ümidvar deyil hətta prezident mövqeyində əxlaqsız hərəkətə malik olmuş birisin tərəfindən əfv olunması ilə razılaşmayacaq. 

Maykl Kohen çərşənbə axşamı Nyu-Yorkda məhkəmədə hazır olaraq ittihamlardan səkkizinə etiraf edib.

Kohenin etirafları göstərir ki, törətdiyi cinayətlərin ən azı ikisi birbaşa Trampın göstərişi ilə həyata keçib. Porno aktrisasına və porno modelə Tramp ilə gizli əlaqələri barədə susmaları üçün bac verilməsi bu qəbildəndir. 

Baş verən son hadisələrlə Tramp hər zamandan daha çox demokratların impiçment cəhdləri ilə qarşı-qarşıyadır.

Teqlər