Sen 18, 2018 18:58 Asia/Baku
  • Rusiyadan sionist rejimə etiraz notası
    Rusiyadan sionist rejimə etiraz notası

Sionist rejimin Moskvadakı səfiri Suriya səmasında sionist rejimin hava hücumu zamanı Rusiyanın bir ədəd hərbi təyyarəsinin vurulmasının ardınca Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Riyanovostinin verdiyi məlumata görə, Rusiya XİN bu gün sionist rejimin Moskvadakı səfirini çağırtdıraraq Rusiya dövlətinin bu ölkənin bir ədəd hərbi təyyarəsinin sionist rejimin Suriyaya qarşı hücumunda vurulmasına öz etirazını bildirib. 

Rusiya müdafiə naziri Sergey Şviqov da sionist rejimin müharibə naziri Aviqdor Libermanla telefon danışığında 15 rus hərbçinin ölümündə sionist rejimin məsuliyyət daşıdığını və Moskvanın bu hadisəyə görə Təl-Əvivə cavab vermək haqqına malik olduğunu vurğulayıb. 

Teqlər