Avropa ABŞ-ın İrana qarşı sanksiyaları ilə qarşılaşmağa hazırdır
Avstriya parlamentinin xarici siyasət komissiyasının sədri deyib ki, Avropa ABŞ-ın İrana qarşı bir tərəfli sanksiyaları ilə qarşılaşmağa hazırdır.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Avstriya parlamentinin xarici siyasət komissiyasının sədri Andrias Şider bu gün deyib: Avropa İranın enerji ticarətində ödəmələrin problemlə qarşılaşmamasına səy göstərir.
Avstriya parlamentinin xarici siyasət komissiyasının sədri deyib: Amerikanın ƏMTP-dən bir tərəfli şəkildə çıxması beynəlxalq təhlükəsizlik və əməkdaşlıqların xeyirinə deyil.
Şider deyib: ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaları bərpa etməsi düyna siyasətinə mənfi təsirə malikdir.
Avstriya parlamentinin xarici siyasət komissiyasının sədri deyib: Avropa bir tərəfdən iqtisadiyyatının sanksiyadan zərər görməməsinə digər tərəfdən isə İranla ikitərəfli ödəmələrin davam etməsinə səy göstərir.
ABŞ prezidenti Donald Tramp cari il mayın 8-də İrana qarşı əsassız ittihamlar səsləndirməklə ölkəsinin nüvə sazişindən çıxdığını elan etdi və İrana qarşı sanksiyaların bərpa olunmasını bildirdi.
Britaniya, Fransa, Rusiya, Çin , Almaniya və Avropa Birliyi nüvə sazişinin digər tərəfləri olaraq bu beynəlxalq razılaşmaya dəstək verirlər.