Le Drian: Amerika beynəlxalq diplomatiyanı xətərə salıbdır
https://azeri.sahartv.ir/news/dünya-i324090-le_drian_amerika_beynəlxalq_diplomatiyanı_xətərə_salıbdır
Fransanın xarici işlər naziri deyib: Amerika kimi ölkələr özlərinin təkvektorlu siyasətləri ilə beynəlxalq diplomatiyanı xətərə salıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2018 13:29 Asia/Baku
  • Le Drian: Amerika beynəlxalq diplomatiyanı xətərə salıbdır

Fransanın xarici işlər naziri deyib: Amerika kimi ölkələr özlərinin təkvektorlu siyasətləri ilə beynəlxalq diplomatiyanı xətərə salıblar.

Jan-İv Le Drian Amerikanın Harvard universitetindəki çıxışında deyib: Vaşinqton təkvektorluluğu beynəlxalq həmkarlıqdan üstün tutur və belə bir şəraitdə, bir növ beynəlxalq diplomatiyanın bərpası üçün səy göstərmək məqsədilə xoş məramlılığa malik qüdrətlərin koalisiyası təklif olunur.

Le Drian əlavə edib: Avropa çoxvektorluluğu və beynəlxalq məsuliyyəti üzərlərinə götürən Hindistan, Avstraliya, Meksika kimi ölkələr və digər güclü demokratiyalarla daha ciddi həmkarlığa daxil olmalıdır.

Fransanın xarici işlər naziri söyləyib: Amerika məqsədyönlü şəkildə özünün ticarət və beynəlxalq razılaşmalarında, eləcə də BMT-də çoxvektorluluğun əsaslarının zəiflədilməsinə üz tutub.