Əfqanıstanda terror aktında onlarla adam ölüb
Okt 03, 2018 10:00 Asia/Baku
-
Əfqanıstanda terror aktında onlarla adam ölüb
Əfqanıstanın Nəngərhar vilayətində törədilən terror aktında ölənlərin sayı 30 nəfərə çatıb. Bu hadisədə onlarla adam da yaralanıb.
Röytersin verdiyi məlumata görə, Əfqanıstanın şərqində Nəngərhar vilayəti şurasının üzvlərindən olan Söhrab Qadiri bildirib ki, dünən Kamə rayonunun Saraysəng bölgəsində parlament seçkilərinə namizədlərdən birinin seçki qərargahına terror hücumunda 30 nəfər ölüb, onlarla adam yaralanıb.
Nəngərhar vilayət şurasının üzvü deyib: Hadisə baş verərkən seçki qərargahında 250 nəfər olubmuş.
İndiyədək bu hücumun məsuliyyətini kimsə üzərinə götürməyib amma həmin vilayətdə törədilən öncəki partlayışların məsuliyyətini İŞİD qrupu qəbul etmişdi.