Moqerini Avropa ordusunun təşkili ilə müxalifdir
Noy 20, 2018 20:53 Asia/Baku
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Fransa prezidentinin sözləri ilə müxalif mövqedə vurğulayıb ki, bu birlik bir hərbi koalisiya deyil və olmayacaqdır.
Federika Moqerini bu gün Brüsseldə keçirilən mətbuat konfransında Avropa ordusunun təşkili ideyasının reallaşması ehtimalı barədə deyib: Avropa Birliyi heç vaxt hərbi koalisiyaya çevrilməyəcək və NATO ilə heç bir rəqabəti yoxdur.
Moqerini əlavə edib: Avropa Birliyi regionda fəal və mötəbər təhlükəsizliyi təmin etmək üçün sərmayə yatırır, amma ordu təşkil etmir.
Fransa prezidenti Emmanuel Makron noyabrın 9-da Avropa ordusunun yaradılması təklifini verdi. Bu təklif bir neçə Avropa ölkəsinin müxalifəti ilə üzləşibdir.