Avropa Birliyinin başçıları brexit razılaşmasını qəbul ediblər
Noy 25, 2018 17:38 Asia/Baku
-
Avropa Birliyinin başçıları brexit razılaşmasını qəbul ediblər
İngiltərənin Avropa Birliyindən çıxması barədə Brüssel ilə London arasında fikir ayrılığının olmasına rəğmən, bu birliyin başçıları brexit razılaşmasını qəbul edərək, Londona təqdim ediblər.
Avropa Birliyi başçılarının bu gün Brüsseldə zirvə toplantısı keçirilib və nəhayət, bu birlik ilə London arasında əldə olunmuş razılıq qəbul edilibdir.
Brexit razılaşmasının Avropa Birliyi başçılarının sammitində qəbul olunnması ilə bu razılaşma İngiltərənin baş naziri Tereza Meyin ixtiyarına veriləcək ki, o, həmin razılaşmanı bu ölkənin parlamentində təsdiq etdirmiş olsun.
Avropa Birliyinin başçıları elə bir şəraitdə Brexit razılaşmasını qəbul ediblər ki, İngiltərə parlamentinin əksər üzvləri hazırkı razılaşma ilə müxalifdirlər.