Noy 26, 2018 13:03 Asia/Baku
  • Brexit razılaşmasının qəbul edilməsinə rəğmən, London-Brüssel ixtilafları davam edir
    Brexit razılaşmasının qəbul edilməsinə rəğmən, London-Brüssel ixtilafları davam edir

Avropa Birliyinin başçıları İngiltərənin bu birlikdən çıxması razılaşmasını qəbul edərək, onu Londona təqdim ediblər.

Avropa Birliyi başçılarının sammiti noyabrın 25-də Brüsseldə keçirildi və nəhayət bu birlik ilə İngiltərənin mühafizəkar dövləti arasında brexit barədə əldə olunmuş razılaşma qəbul olundu.

Avropa Birliyinə üzv 27 ölkənin başçıları elə bir şəraitdə İngiltərənin bu birlikdən çıxması razılaşmasını qəbul etdilər ki, hələ də London ilə Brüssel arasındakı fikir ayrılığı davam etməkdədir.

Fransa prezidenti Emmanuel Makron Brüsseldə deyib: Brexiti ingilislərə yüz milyardlarla funt-sterlinqlik qənaət amili kimi təqdim edən kəslər onlara yalan deyiblər.

Makron həmçinin İngiltərənin Avropa Birliyindən ayrılması prosesini ingilislər üçün olduqca irixərcli proses kimi dəyərləndiribdir.

Avropa Parlamentinin sədri Antonio Tacani də deyib: Əgər İngiltərə parlamentinin üzvləri razılaşdırılmış müqaviləni rədd edərlərsə, Avropa Birliyi yenidən brexit barədə müzakirə etməyəcəkdir.

İngiltərədə leyboristlər partiyasının lideri Cermi Korbin Avropa Birliyi başçılarının sammitində brexitin qəbul olunmasına reaksiyada deyib: Bu razılaşma sonda İngiltərəni tək qoyacaq müzakirələrin qarabəxtcəsinə məğlubiyyəti olacaqdır.

Avropa Komissiyasının sədri Jan Klod Yunker ümidvarlıq edibdir ki, İngiltərə parlamentinin üzvləri brexit barədə Brüssel ilə London arasında mövcud olan razılaşmanı qəbul edəcəklər.

Avropa Şurasının sədri Donald Tusk brexit razılaşmasının əldə olunmasından sonra bildirib ki, London ilə Avropa Birliyinin qarşısında qəbuletmənin çətin yolu, həmçinin daha artıq müzakirələr durur. 

Brexit razılaşmasının Avropa Birliyi başçılarının sammitində qəbul olunnması ilə bu razılaşma İngiltərənin baş naziri Tereza Meyin ixtiyarına veriləcək ki, o, həmin razılaşmanı bu ölkənin parlamentində təsdiq etdirmiş olsun.

2020-ci ilin sonunadək sürəcək keçid dövründə İngiltərə Avropa Birliyində qalmaqda davam edəcək, amma qüdrəti əvvəlkindən daha məhdud olacaqdır.

 

Teqlər