Afinada bomba partlayışı baş verib
https://azeri.sahartv.ir/news/dünya-i331264-afinada_bomba_partlayışı_baş_verib
Yunanıstan paytaxtı Afinada bomba partlayışı nəticəsində 2 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2018 07:06 Asia/Baku
  • Afinada bomba partlayışı baş verib

Yunanıstan paytaxtı Afinada bomba partlayışı nəticəsində 2 nəfər yaralanıb.

Röytersin verdiyi məlumata görə, Afinanın Sent Denis kilsəsi qarşısında dünən törədilən partlayışda bir polis əməkdaşı da daxil iki nəfər yaralanıb. 

Yunanıstanın dövlət televiziyasının verdiyi məlumata görə, xəsarət alanlar xəstəxanaya köçürülüblər. Polis ərazini mühasirəyə alıb. 

Polis rəsmiləri bildiriblər ki, partlayışdan öncə telefon vasitəsi ilə xəbərdarlıq daxil olub. 

Hələlik bu partlayışın məsuliyyətini kimsə öz üzərinə götürməyib.