Fransa tüstü, alov və hiddət içində
Yan 28, 2019 22:04 Asia/Baku
Fransada anti-hökumət aksiyalarının on birinci həftəsi bu ölkə polisinin müdaxiləsi ilə zorakılığa çevrilib.
Fransa vətəndaşı deyir: Mən sizə demək istəyirəm ki, bu hərəkat diktator Makronun kənarlaşdırılması üçündür. Biz sonadək bu mübarizəni davam etdirəcəyik. Makron İrana və müstəqil ölkələrə qarşıdır, lakin biz xüsusən Suriya və Livanda İrana dəstək veririk. Biz sizinləyik. Yaşasın, Hizbullah!
Digər Fransa vətəndaşı deyir: Makron Maduroya deyir ki, Venesuelanın şücaətli xalqı küçələrə çıxdığı üçün Maduro kənara çəkilməlidir, halbuki özü bu işi görmür. Makron başqalarının işinə baş qoşmaqdansa, öz ölkəsi və xalqının vəziyyətinə yetişsin.