Fransa merləri Makronu "sarı gödəkçəlilər" böhranına son qoymağa çağırıblar
Fransanın bir neçə şəhərinin meri bir məktubda bu ölkə prezidentindən istəyib ki, "sarı gödəkçəlilər" hərəkatı etirazlarından irəli gələn böhran və ondan mənşə alan iqtisadi xəsarətlər barədə tez bir zamanda ölçü götürsün.
Paris, Bodro, Marsel, Tulluz və Lion daxil olmaqla Fransanın bəzi şəhərlərinin bələdiyyə başçıları dünən yayılan bu məktubda bu ölkənin prezidenti Emmanuel Makrondan istəyiblər ki, fövqəladə iclas keçirərək, hər həftə daha geniş miqyas alan astronomik xəsarətləri araşdırsın.
Bu xahiş, on üç həftə boyunca Fransa boyu baş verən aksiyalar və çaxnaşmalar zamanı ictimai məkanlara, həmçinin dövlət və özəl sektorlara dəyən xəsarətlərin ardınca irəli sürülübdür.
Fransa merləri Makrona xitabən bildiriblər ki, hərçənd onun prezientlik dövrünün başa çatması zamanı olan 2022-ci il o qədər də yaxın deyil, amma xalqın dözümünün həddi var və bu durumda birbaşa şəkildə hökumət məsuliyyət daşıyır.
Fransanın müxtəlif şəhərləri, o sıradan Paris 2018-ci il noyabrın ortalrından bəri "sarı gödəkçəlilər" və ya "sarı liletlilər" kimi tanınan etirazçıların aksiyaları səhnəsidir.
Etirazlar öncə Emmanuel Makronun xüsusən yanacaq və vergilər sahəsindəki iqtisadi siyasətlərinə reaksiyada başlanıb, amma sürələtə siyasi mahiyyət kəsb edibdir.
Etirazçılar Makronun vəzifəsindən kənarlaşdırılmasını tələb edirlər.