Parisdə iqlim dəyişikliyinə etiraz edənlərin aksiyası keçirilib
İqlim dəyişikliklərinə etiraz olaraq Parisdə etiraz aksiyası keçirilib.
Fransa xəbər agentliyinin bildirdiyinə görə, yüzlərlə nəfər cümə günü Parisdə aksiya keçirərək, Fransa hökumətinin habelə, digər ölkələrin iqlim dəyişiklikləri ilə mübarizədə daha təsirli addımlar atmalarını istəyiblər.
Aksiya iştirakçıları vəziyyətin yaxşı olmadığını və daha artıq işlərin görülməli olduğunu bildiriblər.
İqlim dəyişikliyi ilə mübarizənin beynəlxalq səviyyədə kollektiv səyə ehtiyaclı olduğunu bildirən aksiya iştirakçıları fərdi qaydada atılan addımların kifayət etmədiyini və bunun bütün insanların həyatını təsir altına aldığını deyiblər.
ABŞ prezidenti Donald Tramp beynəlxalq müxalifətlərə rəğmən Paris İqlim Anlaşmasından çıxdı.
Halbuki, ABŞ dünyada ekologiyanın çirklənməsində ən böyük paya malik olan ölkədir.