Rumıniyada hökumət əleyhinə aksiya
Rumıniyada fövqəladə vəziyyətə dair yeni qanun layihəsinin qəbul edilməsi hökumət əleyhinə etirazlara səbəb olub.
İRİB-nin bildirdiyinə görə, narazı kütlə cümə günü keçirilən etiraz aksiyasında Rumıniya hökumətinin "fövqəladə vəziyyətə dair qanun" əsasında limitsiz ixtiyara yiyələnməsinə icazə verən qanun layihəsinə qarşı çıxıb.
Bu məlumata görə, yeni qanuna əsasən hökumət məhkəmə orqanları və ədliyyə sisteminə müdaxilə və dəyişiklik etmək səlahiyyətinə malikdir.
Rumıniya 2019-cu ilin ilk günlərindən Avropa Birliyinə 6 aylıq sədr seçilib. Buna baxmayaraq, son aylarda Brüssel və Buxarest arasındakı münasibətlərdə gərginlik xeyli artıb.
Bunun başlıca səbəbi Rumıniya hökumətinin məhkəmə orqanları və ədliyyə sistemində köklü dəyişikliklər etmək istəyidir. Rumıniya hökuməti bununla məhkəmə hakimləri və prokurorların öz vəzifələrindən "sui-istifadə" etmələrini önləməyə çalışdığını iddia edir.