Makron Livan Hizbullahına qarşı siyasi sanksiyanı tənqid edib
Fransa prezidenti Livan Hizbullahına qarşı siyasi sanksiyanı tənqid edərək, vurğulayıb ki, Paris Livan Hizbullahının siyasi qolu ilə anlaşmaya malikdir.
Fransa prezidenti Emmanuel Makron dünən Parisdə iraqlı həmkarı Bərhəm Salih ilə mətbuat konfransında deyib: Heç bir ölkə Livan dövlətində iştirak edən bir livanlı partiyanı terrorizm siyahısına sala bilməz.
Makron əlavə edib: Paris Livan dövlətində iştirak edən Livan Hizbullahının siyasi qolu ilə anlaşmaya malikdir.
Makronun sözləri elə bir şəraitdə söylənir ki, İngiltərənin daxili işlər naziri Sacid Cavid dünən "Livan Hizbullahı hərəkatı İngiltərənin təhlükəsizliyinə qarşı bir təhdiddir" kimi bir iddia ilə çıxış edərək, bu qrupun adının terror qrupları siyahısına əlavə olunmasından xəbər verdi.
Sacid Cavid yalan danışmaqla və Livan Hizbullahı hərəkatının İŞİD kimi terror qrupları ilə mübarizədəki müsbət və təsirli roluna toxunmadan iddia edibdir ki, Hizbullah Yaxın Şərqin kövrək durumunu səbatsızlaşdırmaq üzrə hərəkətlərini davam etdirir.
Ağ Ev də bundan öncə oxşar bir hərəkətdə Livan Hizbullahı hərəkatının adını terror qrupları siyahısına salıbdır.