Sarı jiletlilərin aksiyası Fransa polisinin zorakılığı ilə üzləşib
Fransa polisi etirazların on altıncı şənbəsinin iştirakçılarını dəyənək və gözyaşardıcı qazla dağıdıbdır.
Fransada sarı jiletlilər adı ilə tanınan kapitalizm quruluşunun müxalifləri dalbadal on altıncı həftə olaraq, bu ölkənin müxtəlif şəhərlərində küçələrə çıxıb və polis zorakılığı ilə üzləşiblər.
Fransa polisi etirazçıları yatırmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edərək, bir neçə nəfəri həbs edibdir.
Avropa Şurasının İnsan Haqları üzrə Baş Komissarlığı bundan öncə Fransanın başçılarından istəmişdi ki, insan haqlarına hörmət etmək üçün sarı gödəkçəlilərin aksiyalarında rezin güllələrdən və digər təhlükəli silahlardan istifadəyə son qoysunlar.
Fransanın müxtəlif şəhərləri 2018-ci il noyabrın 17-dən bəri etirazçılarla polis qüvvələrinin kobud toqquşmaları səhnələridirlər. Aksiyaçılar Fransa prezidenti Emmanuel Makronun hakimiyyətdən getməsini tələb edirlər.
Fransa daxili işlər nazirliyinin məlumatına görə, sarı gödəkçəlilərin aksiyalarında indiyədək 12 min ədəddən çox rezin güllə və gözyaşardıcı qaza malik təqribən beş min tüstülü qumbara işlədilibdir ki, nəticədə azı on bir nəfər ölüb, 1900 etirazçı da yaralanıbdır.