Apr 05, 2019 20:41 Asia/Baku
  • Fransa
    Fransa "Avro məkanı"nın taleyi barədə xəbərdarlıq etdi

Fransanın iqtisadiyyat və maliyyə naziri xəbərdarlıq etdi: "avro" məkanındakı ölkələr iqtisadi inteqrasiya üzrə islahatların aparılmasında razılığa gələ bilməsələr bu məkanın gələcəyi təhlükə ilə üzləşəcək.

İRNA-nın məlumatına görə, Bruno Le Maire "avro" məkanı ölkələrinin maliyyə nazirlərinin Buxarest iclası kənarında verdiyi açıqlamada Almaniyada iqtisadi inkişaf səviyyəsinin azalmasından və İtaliyadakı iqtisadi geriləmədən nigaranlıq edərək, maksimum iyun ayına kimi "avro" məkanı üçün büdcə layihəsinə dair qərarların qəbul olunmasını istədi.

Fransa "avro" məkanında iqtisadi inteqrasiyada maraqlıdır.

"Avro" məkanında iqtisadi inteqrasiya məsələsi bundan öncə Fransa prezidenti Makron tərəfindən irəli sürülmüşdü. Almaniyanın da bu təklifi dəstəkləməsinin ardınca 2018-ci ildə bir sıra məhdudiyyətlər yarandı. Nəticədə bəzi diplomatlar bu layihənin minimum təsirə malik olacağına dair xəbərdarlıq etdilər.

Teqlər