Apr 14, 2019 16:39 Asia/Baku
  • Fransada
    Fransada "sarı jilet"lilərin etiraz aksiyası 22-ci həftəsində

Bir neçə gündən sonra Fransada “sarı jilet”lilər cərəyanı formalaşmasının beşinci ayını qeyd edəcək. Bu günlər Fransa küçələrində etiraz aksiyalarında iştirak edənlərin sayı bir qədər az nəzərə gəlsə də, statistik məlumatlara görə, Fransa xalqının təqribən yarısı bə cərəyanı dəstəkləyir.

Fransada “sarı jilet”lilərin aksiyası kimi məşhurlaşan kapitalizm əleyhinə etiraz aksiyaları artıq 5-ci aydır ki, davam edir. İndiyə kimi bu etiraz aksiyalarında 10 nəfər həlak olub, 13 min nəfər isə yaralanıb və ya həbs olunub.

Fransa vətəndaşı: “İlk başda bu aksiyalar Fransa hökumətinin yanlış siyasətlərindən qaynaqlanan iqtisadi və məişət problemlərinə etiraz xarakteri daşıyırdı. Hazırda isə, bir anti-kapitalizm cərəyanına çevrilib və sadəcə mövcud sistemin dəyişməsini istəyir.”

Amma, hökumət də ötən beş ayda olduğu kimi geriyə addım atmayaraq, dəmir yumruq ilə məsələni bir qədər də mürəkkəbləşdirib.

Fransa vətəndaşı: “Məsələ çox sadədir. Biz təbəqələr arasındakı fasilənin azalmasını və kapitalizm quruluşunun yığışdırılmasını istəyirik. Bu qədər sadə bir məsələni dərk etmək üçün “milli dialoq”a ehtiyac yoxdur.”

Fransızlar həftə sonu tətillərini əyləncəli keçirmək üçün kredit alırlar. Bu bir addətdir. Amma, 22 həftədir ki, bu əyləncələrin yerini küçə iğtişaşları əvəz edib.

Fransa vətəndaşı: “Biz öz yolumuzdan dönməyəcəyik. Geri addım atmayacağıq. Referendumun keçirilməsi çox çətin məsələ deyil. Biz ədalət istəyirik. Amma, Makron bizi başa düşmək istəmir.”

Etiraz aksiyalarının davam etdiyi 150 gündə Fransa hökuməti də əlini-əlinin üstünə qoyaraq, sakit oturmayıb. Narazı kütlədən başqa hər kəsi dinləyib.

Fransa vətəndaşı: “Hökumət bizi dinləmir. Sadəcə iri şirkətlər və sərmayə sahiblərinin mənafeyini təmin etməklə məşğuldur. Xalq yeni bir siyasi sistem istəyir. Biz öz mübarizəmizi davam etdirəcəyik.”

Fransa xalqı tərəfindən “cəllad” adlandırılan daxili işlər naziri isə ümumi fikri təsir altına alan yeni sirləri ifşa edib. Cari ilin əvvəlindən 26 polis intihar edib.

 

Teqlər