May 14, 2019 08:22 Asia/Baku
  • Nüvə anlaşması mühüm anlaşmadır
    Nüvə anlaşması mühüm anlaşmadır

İngiltərənin xarici işlər naziri Avropa ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasından sonra nüvə anlaşmasını həyati bir anlaşma kimi dəyərləndirib.

Ceremi Hant twitterdə mesaj yayaraq, regionda gərginliklərin ciddi şəkildə büruzə verməsi haqda nigarançılıq edib və yazıb ki, nüvə anlaşmasının qorunması regionda nüvə silahlarının yayılmasının qarşısını alacaq.

Avropa İttifaqının xarici işlər nazirlərinin dünən keçirilən iclası İranın nüvə anlaşması xəbərdarlığından sonra bu nazirlərin keçirdikləri ilk iclas idi.

İran çərşənbə günü- 2019-cu il mayın 18-dən etibarən, nüvə anlaşmasındakı bəzi addımlarını dayandırdı və bu anlaşmada qalan ölkələrə özlərinin xüsusən bank və neft sahələrindəki öhdəliklərini icra etmələri üçün altmışgünlük bir fürsət verdi.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani çərşənbə günü Qərb ölkələrinin nüvə anlaşmasının icrası sahəsindəki səhlənkarlıqlarına toxunaraq, dedi: İran ağır su və zənginləşdirilmiş uran ehtiyatlarını gücləndirməyə başlayacaq və əgər avropalılar atlmış gün ərzində Amerikanın birtərəfli sanksiyalarının əvəzini çıxa bilməsələr, İran nüvə reaktorunun düzəldilməsini də bərpa edəcəkdir.

Teqlər